Ev Cəmiyyət Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

9

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı F.Əlizadə 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Əvvəlki məqaləMikayıl Cabbarov və Rövşən Nəcəf Patrik Puyanne ilə görüşüb
Növbəti məqalədəArzu Nağıyev Gədəbəydə vətəndaşları qəbul edib