Ev Manşet Arzu Nağıyev Gədəbəydə vətəndaşları qəbul edib

Arzu Nağıyev Gədəbəydə vətəndaşları qəbul edib

14

105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev yanvarın 25-də Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaşları qəbulu edib.

911.info.az xəbər verir ki, vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq, şəhid adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı olub. Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib. Həmçinin şəhid ailələri ilə birlikdə Novosaratovka kəndində şəhidlərimizin əziz xatirəsinə inşa edilmiş abidə kompleksi ziyarət olunub və şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək.Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

Əvvəlki məqaləXalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
Növbəti məqalədəMəktəblərdə qış tətili başlayıb