Ev İdman Okan Buruk ispaniyalı futbolçu ilə danışıqlar üçün Fransaya yollanacaq

Okan Buruk ispaniyalı futbolçu ilə danışıqlar üçün Fransaya yollanacaq

15

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk ispaniyalı sağ cinah hücumçusu Marko Asensio ilə danışıqlar üçün Fransaya yollanıb.

Oxu.Az “Fanatik”ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-də əsas heyətdə çıxış edə bilməməsindən narazı olduğu üçün Fransa klubundan ayrılmaq qərarına gəlib.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk hücumçu Marko Asensionu razı salmaq üçün Fransaya səfər edəcək.

Qeyd edək ki, Marko Asensio bu mövsüm PSJ forması ilə çıxdığı 16 oyunda cəmi iki qol və dörd məhsuldar ötürmə edib.

Əvvəlki məqaləSabah bələdiyyə seçkisi ilə əlaqədar təşviqat dayandırılacaq
Növbəti məqalədəİlham Əliyev Aleksandr Lukaşenkoya məktub göndərdi