Ev İqtisadiyyat Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb

Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb

110

Türkiyənin nüfuzlu “Cengiz İnşaat” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bir sıra mühüm layihələri uğurla başa çatdıraraq dövlətimizə təhvil verib. Şuşa avtomobil yolu, Zəfər yolu və Zabuxçay bəndi kimi strateji əhəmiyyətli layihələr artıq istifadəyə hazırdır.

Oxu.Az-ın “Milliyet”ə istinadla verdiyi məlumata görə, bu barədə şirkətin layihə meneceri Ekrem Tütüncü bəyan edib.

Onun sözlərinə görə, Şuşa ilə Füzulini birləşdirən Şuşa yolunda “Cengiz İnşaat” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə magistralın 5-ci hissəsinin tikintisini tamamlamaq üçün işləyərək 3 cüt tunel və 3 ikitərəfli aşırımlı viadukun tikintisini başa çatdırıb. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı rayonlarının su tələbatını ödəmək üçün Laçın rayonunda tikilən Zabuxçay bəndi də “Cengiz İnşaat” tərəfindən inşa edilib.

Əvvəlki məqaləİcmanın BMT-nin Baş katibinə ünvanladığı məktub rəsmi sənəd kimi yayılıb
Növbəti məqalədəYaxın Şərq nefti rekord dərəcədə bahalaşdı