Ev Manşet Komitə sədri Tovuzda vətəndaşları qəbul etdi

Komitə sədri Tovuzda vətəndaşları qəbul etdi

21

Bu gün 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib. Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq və digər məsələlərlə bağlı olub.

911.info.az xəbər verir ki, müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirib. Həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə görüş keçirilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qəbullarımız davam edəcək. Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.

Əvvəlki məqaləSəhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
Növbəti məqalədəAlmaniya miqrasiya sahəsində sərt addımlar atacaq