Ev Cəmiyyət Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

Şabranda evi yararsız hala düşən ailə üçün müvəqqəti çadır qurulub

19

Şabranda evi yararsız vəziyyətə düşən ailə üçün müvəqqəti çadır qurulub.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, FHN-ə Şabran rayonunun Sincanboyad kəndində Təbriz Eyvaz oğlu Qurbanova məxsus fərdi evin yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Əvvəlki məqaləHakerlər Azərbaycanda universitetin saytını ələ keçirdilər
Növbəti məqalədəİlham Əliyev Əli Xameneiyə təbrik məktubu göndərdi