Ev İdman Edin Ceko “Anderlext”lə görüşdən sonra ciddi problemlə üzləşib

Edin Ceko “Anderlext”lə görüşdən sonra ciddi problemlə üzləşib

18

“Fənərbağça” klubunun ulduz futbolçusu Edin Cekonun UEFA Avropa Liqasının Pley-off mərhələsində “Anderlext”lə görüş sonrası əlində sınıq aşkarlanıb.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, matçın 42-ci dəqiqəsində qol vuran və 75-ci dəqiqəsində Anderson Taliska ilə əvəzlənən Edin Ceko əlində ağrı olduğunu klub həkimlərinə bildirib.

Daha sonra müayinəsi tamamlanan futbolçunun əlində sınıq aşkarlanıb.

Qeyd edək ki, 38 yaşlı futbolçunun növbəti oyunlarda iştirak edib-etməyəcəyi bəlli deyil.

Əvvəlki məqaləBəzi cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
Növbəti məqalədəİnternetdə tanış olduğu qadına görə evindəki duzqabıya kimi satdı – Cinayət işi