Ev İdman İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi

14

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

“Report” xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.

Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.

Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Əvvəlki məqaləƏr-Riyadda ABŞ-Rusiya danışıqları başlayıb
Növbəti məqalədəAzərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar