Ev İdman Rafael Ağayev və Hacı Əliyev MOK-a üzv qəbul olundular

Rafael Ağayev və Hacı Əliyev MOK-a üzv qəbul olundular

8

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsinə (MOK) fərdi üzv qəbul olunublar.

Oxu.Az Prosport.Az-a istinadla xəbər verir ki, MOK-un bu gün start götürən IX Hesabat-seçki baş məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.

Onlar MOK-un növbəti 4 il müddətinə üzvü kimi qəbul ediliblər.

Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb.

Əvvəlki məqaləÖdənişli yoldan istifadə edənlər üçün YENİLİK
Növbəti məqalədəRubio Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi perspektivindən danışıb