Ev İdman Zelim Tçkayev Özbəkistanda keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmayacaq

Zelim Tçkayev Özbəkistanda keçiriləcək “Böyük Dəbilqə” turnirinə qatılmayacaq

109

Cüdo üzrə Azərbaycan millisinin məşqçilər korpusu fevralın 28-dən martın 2-dək Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün komandanın heyətində dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, Bakıdakı “Böyük Dəbilqə”nin qalibi olan Zelim Tçkayev (81 kq) ilkin siyahıdan çıxarılıb.

Ölkəmizdəki yarışda uğursuz çıxış edən Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq), həmçinin bu il ilk beynəlxalq yarışına çıxacaq Turan Bayramov (60 kq) Özbəkistan paytaxtına yollanacaqlar.

Qeyd edək ki, turnirə 23 ölkədən 248 cüdoçunun gələcəyi dəqiqləşib.

Əvvəlki məqaləDağlıq rayonlarda 13 dərəcəyədək şaxta olub – FAKTİKİ HAVA – 20.02.2025
Növbəti məqalədəÖzbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü