Ev Cəmiyyət AYNA: “Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər”

AYNA: “Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər”

107

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəttə gündəlik saya uyğun avtobuslar buraxılıb:

“Şəxsi avtomobilləri ilə yola çıxan sürücüləri daha böyük ara məsafəsi saxlamağa, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Mənzil başına tez və təhlükəsiz çatmaq istəyən vətəndaşlarımıza ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”, – məlumatda qeyd olunub.

Əvvəlki məqaləHavanın temperaturu -14 dərəcəyə düşdü – FAKTİKİ HAVA – 21.02.2025
Növbəti məqalədəAzərbaycanda institut BAĞLANDI