Ev Siyasət Gündüz Kərimov: “Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib”

Gündüz Kərimov: “Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib”

97

“Müstəqillik əldə etdikdən sonra Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib”.

Oxu.Az xəbər verir ki, bunu “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” Forumunda Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyası dərindən və düşünülmüş şəkildə hazırlanıb:

“Sonrakı illərdə konstitusiyamıza edilən dəyişikliklər dövlətin və suverenliyin möhkəmləndirilməsinə xidmət edib. Dəyişikliklərlə bağlı atılan addımların heç biri təsadüfi sayıla bilməz. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. 2025-ci il isə “Konstitusiya və Suverenlik ili” elan edilib. Keçdiyimiz yol və verilən qərarlar ümumi bir zəncirin halqalarıdır”.

Əvvəlki məqaləYük maşınları yeni qaydada yoxlanılacaq
Növbəti məqalədəFHN hava ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib