Ev Dünya Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır

Paşinyan Ermənistan konstitusiyasının preambulasını dəyişdirməyi planlaşdırır

15

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasına dəyişikliklə bağlı referenduma əsas qanunun preambulasında müstəqillik bəyannaməsi ilə bağlı bəndin dəyişdirilməsi təklifini təqdim etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti hakim “Vətəndaş Sazişi” partiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, konstitusiyanın yeni redaktəsində Paşinyanın müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

Məlumata görə, Paşinyanın ideyası partiya daxilində dəstəklənməyib. Lakin onun siyasi komandasından heç kim təşəbbüsü müdafiə etməsə belə, o, bu planı həyata keçirmək niyyətindədir.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.

Əvvəlki məqaləBu gün Avropada keçiriləcək futbol oyunlarının AFİŞASI
Növbəti məqalədəPrezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib