“Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar götürülməlidir”.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Bu sanksiyalara münasibətimiz yaxşı məlumdur, biz onları qanunsuz hesab edirik. İkitərəfli münasibətlərin normallaşmasına gəlincə, onları bu mənfi yükdən, yəni sanksiyalardan azad etmək lazımdır”, – deyə o qeyd edib.
Eyni zamanda D.Peskov bildirib ki, bu məsələdə irəliləyişlə bağlı hələlik nə isə demək tezdir.sa