Ev Hərbi Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək

Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək

10

Goran Təlim Mərkəzində martın 5-də saat 13:00-dan 17:00-dək yararsız döyüş sursatları məhv ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

Əvvəlki məqalə“Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur”
Növbəti məqalədə“Qalatasaray” sabiq ulduzunu geri qaytara bilər