Ev Manşet Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqaləCüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Növbəti məqalədəTexniki tənzimləmənin şamil olunduğu malların SİYAHISI təsdiq edildi