Ev Cəmiyyət Bakının əsas prospektlərindən birində hərəkət qismən məhdudlaşdırılacaq

Bakının əsas prospektlərindən birində hərəkət qismən məhdudlaşdırılacaq

10

Martın 8-i saat 09:00-dan martın 9-u saat 23:00-a qədər Bakının Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, prospektin əsas yolunda (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

“Yol bağlanmır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Əvvəlki məqaləTürkiyə Mərkəzi Bankı uçot dərəcəsini 42,5%-ə endirdi
Növbəti məqalədəDris Mertens karyerasını başa vurmaq qərarına gəlib