Ev Dünya Cənubi Koreya prezidenti həbsdən azad edilib

Cənubi Koreya prezidenti həbsdən azad edilib

11

Cənubi Koreyanın impiçment edilmiş prezidenti məhkəmənin qərarından sonra həbsdən azad edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, Yun Sok Yol Seul məhkəməsinə müraciət edərək, dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı ittiham aktının qanunsuz olduğunu iddia edib. Məhkəmə onun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, Y.S.Yol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq, yanvar ayında həbs edilmişdi.

Əvvəlki məqaləDris Mertens karyerasını başa vurmaq qərarına gəlib
Növbəti məqalədəVüqar Bayramovdan TƏKLİF – Pensiya yaşına iki il qalmış vətəndaş işdən çıxarılmasın