Ev İdman Dris Mertens karyerasını başa vurmaq qərarına gəlib

Dris Mertens karyerasını başa vurmaq qərarına gəlib

13

“Qalatasaray” klubunun ulduz futbolçusu Dris Mertens karyerasını başa vurmaq istədiyi barədə rəhbərliyə məlumat verib.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, belçikalı mövsüm sonunda “Qalatasaray” klubu ilə müqavilə müddətini uzatmayacaq və karyerasını başa vuracaq.

“Sarı-qırmızlar”ın rəhbərliyi isə Dris Mertensin klubun idarə heyətində qalmasını istədiklərini bildiriblər.

Qeyd edək ki, karyerasına “Anderlext”də başlayan Mertens, daha sonra “Gent”, PSV və “Napoli”də forma geyinib.

Əvvəlki məqaləBakının əsas prospektlərindən birində hərəkət qismən məhdudlaşdırılacaq
Növbəti məqalədəCənubi Koreya prezidenti həbsdən azad edilib