Ev İqtisadiyyat Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

12

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7.25% saxlanılması barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% saxlanılıb.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Əvvəlki məqaləTramp Kanada məhsullarına rüsumları artırmaqdan imtina etdi
Növbəti məqalədəLavrov: “Rusiya NATO hərbçilərinin Ukraynada olmasını qəbul etməyəcək”