Ev Siyasət Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrin ötən il istehsal etdiyi məhsulların dəyəri açıqlandı

9

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781.8 milyon manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14.7% çoxdur.

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.

Əvvəlki məqaləAzərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
Növbəti məqalədəBaş nazir: “2024-cü ildə orta pensiya məbləği 494 manat olub”