Ev Dünya Qırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi

Qırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi

11

“Mərkəzi Asiya regionu ölkələri öz aralarında vizasız rejim, turistlər üçün isə region boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi tətbiq etməlidir”.

Oxu.Az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Facebook” sosial şəbəkə hesabında Tacikistanla sərhədin delimitasiyası prosesinin başa çatmasını şərh edərkən bildirib.

“İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər dövlətlərdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst hərəkət etməyə imkan verən vahid vizanın tətbiqinə başlamalıdır”, – deyə o qeyd edib.

Əvvəlki məqaləÜç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı
Növbəti məqalədəAzərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib