Ev İdman Üç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı

Üç oyun sonra meydana qayıdan Lionel Messi fərqlənməyi bacardı

9

Üç oyun meydanlardan uzaq qalan “İnter Mayami”nin hücumçusu Lionel Messi yaşıl meydanlara qayıtdığı ilk matçda fərqlənməyi bacarıb.

Oxu.Az xəbər verir ki, 37 yaşlı futbolçu “Kavaler”lə (2:0) matçın 53-cü dəqiqəsində ehtiyat skamyasından meydana çıxıb və əsas vaxtda komandasının ikinci qoluna imza atıb.

Beləliklə, Messi “İnter Mayami”dəki qollarının sayını 37-yə çatdırıb.

Ümumilikdə, ulduz forvard karyerası ərzində 853 qol vurub ki, bu da 927 qol vuran Kriştianu Ronaldudan sonra ikinci ən yüksək göstəricidir. Lakin Lionel “qol+assist” sisteminə görə 1234 xalla liderdir.

Əvvəlki məqaləQızılın qiyməti növbəti dəfə tarixi rekord qırdı
Növbəti məqalədəQırğızıstan prezidentindən turistlər üçün yeni viza təklifi