Ev İdman Futbol üzrə Azərbaycan millisi Litva seçməsinin qonağı olacaq

Futbol üzrə Azərbaycan millisi Litva seçməsinin qonağı olacaq

12

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.

Oxu.Az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

Əvvəlki məqalə“Beşiktaş” klubunun prezidenti cəzalandırılıb
Növbəti məqalədəPutinin xüsusi nümayəndəsi ABŞ ilə danışıqların detallarını açıqladı