Ev Cəmiyyət Meteor yağışı gözlənilir – Bakıdan müşahidə etmək mümkün olacaq

Meteor yağışı gözlənilir – Bakıdan müşahidə etmək mümkün olacaq

13

Aprelin 15-dən 28-dək “π-Puppid” (Pi-Göyərtə) meteor yağışı müşahidə olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.

Məlumata görə, “π-Puppid” meteor yağışı 1972-ci ildə kəşf edilən “26P/Grigg-Skjellerup” kometası ilə əlaqələndirilir.

Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977-ci və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.

“π-Puppid” meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.

Əvvəlki məqaləEmin Hüseynov: “Füzuli və Ağdam rayonlarında yeni məktəb, bağça tikilir”
Növbəti məqalədəİlon Maskın gəlirləri kəskin şəkildə azaldı