Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib:
“Görüş zamanı ölkələrimizin iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, enerji sahəsində əməkdaşlığı və ticarət əlaqələrinin gücləndirilməsini nəzərdə tutan layihələr barədə müzakirələr apardıq”.
Pakistana səfərimiz zamanı bu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar (@MIshaqDar50) ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin #iqtisadi sahədə birgə fəaliyyətinin gündəmində olan məsələlər, qarşılıqlı investisiyaların təşviqi, #enerji sahəsində… pic.twitter.com/z5kFNHPYBO— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2025