Ev İqtisadiyyat “BakıKart”ın operatoru nizamnamə kapitalını 4 milyon manata yaxın azaldır

“BakıKart”ın operatoru nizamnamə kapitalını 4 milyon manata yaxın azaldır

19

“BakıKart”ın operatoru “K Group” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 16.1% və ya 3.7 milyon manat azaldılaraq 19.3 milyon manat müəyyən edilib.

Qeyd edək ki, şirkət 3 noyabr 2014-cü ildə qeydiyyatdan keçib, qanuni təmsilçisi isə Məmməd Ənvər oğlu Allahverdiyevdir.

Xatırladaq ki, Bakı Metropolitenində və paytaxtda fəaliyyət göstərən marşrut avtobus xətlərində gediş haqqının ödənilməsi “BakıKart” terminalı vasitəsilə həyata keçirilir.

Əvvəlki məqaləPrezident: “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq”
Növbəti məqalədə“Brent” dördillik minimumu yenilədi: Qiymət barel üçün 60 dollara düşdü