Ev İqtisadiyyat “Brent” dördillik minimumu yenilədi: Qiymət barel üçün 60 dollara düşdü

“Brent” dördillik minimumu yenilədi: Qiymət barel üçün 60 dollara düşdü

18

London ICE birjasında 2025-ci il iyun tədarükü ilə “Brent” markalı neft füçersinin dəyəri 25 mart 2021-ci ildən bəri ilk dəfə bir barel üçün 61 dollardan aşağı düşüb.

Oxu.Az-ın məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 04:00-a olan birja məlumatlarına görə, “Brent”in qiyməti 5.39% azalaraq bir barel üçün 60.89 dollara düşüb.

Bakı vaxtı ilə 04:22-yə “Brent” füçersi azalmanı yavaşladıb və bir barel üçün 60.98 dollar səviyyəsində ticarət olunub (-5.25%), may 2025-ci il tədarükü ilə WTI markalı neft füçersi isə 6.52% azalaraq bir barel üçün 57.54 dollara düşüb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun füçerslərinin qiyməti 3.79 faiz aşağı düşərək bir barelə görə 61.78 dollar səviyyəsinə qədər enib.

Oxu.Az RBK-ya istinadla xəbər verir ki, “Brent” markalı neft 2021-ci il aprelin 7-dən bəri ilk dəfə bir barelə görə 62 dollar səviyyəsindən aşağı satılır.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə ticarət qarşıdurmasını gücləndirmək qərarına gəldikdən sonra neft ucuzlaşıb.

Əvvəlki məqalə“BakıKart”ın operatoru nizamnamə kapitalını 4 milyon manata yaxın azaldır
Növbəti məqalədəSuqovuşan sakini: “Gördüklərim mənə yuxu kimi gəlir”