Ev Siyasət Prezident: “Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb”

Prezident: “Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb”

103

“Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı tamamilə azalıb”.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Biz Beynəlxalq Valyuta Fondu ilə münasibətləri mənim ilk prezidentliyim dövründə dayandırdıq. Digər maliyyə təsisatları ilə bağlı isə biz demək olar ki, əməkdaşlığımızı tam dayandırmışıq. Bizim xarici borcumuz cəmi 5 milyard ABŞ dolları həcmindədir. Bu, bizim ümumi daxili məhsulumuzun 7 faizindən aşağıdır. Bu onu göstərir ki, bizim xarici sərmayələrə, maliyyələşməyə ehtiyacımız yoxdur”, – deyə dövlətimizin başçısı əlavə edib.

Əvvəlki məqaləİlon Maskın gəlirləri kəskin şəkildə azaldı
Növbəti məqalədəİlham Əliyev ADA forumunda ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına toxunub