Ev Siyasət Hulusi Akar: “Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir”

Hulusi Akar: “Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir”

13

“Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması davamlı prosesdir”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA-ya üzv parlamentlərin Müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin dövlətçiliyini dəstəkləyir:

“Biz artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahlar, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir”.

Əvvəlki məqaləHulusi Akar: “Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir”
Növbəti məqalədəLökbatanda güclü küləyin aşırdığı dayanacaq nə vaxt yenilənəcək?