Fevralın 8-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivində güclü külək nəticəsində aşan və şüşələri qırılan dayanacaq hələ də yenisi ilə əvəz edilməyib.
Bu barədə Oxu.Az-a sakinlər məlumat verib.
Onların sözlərinə görə, artıq iki aydan çox bir müddətin keçməsinə baxmayaraq, problem öz həllini tapmayıb.