Ev Cəmiyyət Leysan səbəbindən 92 marşrutun hərəkətində ləngimələr olub

Leysan səbəbindən 92 marşrutun hərəkətində ləngimələr olub

14

Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarının ətrafındakı küçə ticarəti yığışdırılıb.

Oxu.Az xəbər verir ki, bazar ətrafında yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.

Qeyd olunub ki, sakinlərin kütləvi müraciəti nəzərə alınaraq “8-ci kilometr” topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.

Bildirilib ki, küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət davam edib. Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri boşaldılıb, hərəkətə mane olan hallar aradan qaldırılıb.

Əvvəlki məqaləGələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub
Növbəti məqalədəTramp Zelenskiyə görə Avropa İttifaqına qəzəblənib