Ev Siyasət Avropa İttifaqının Azərbaycana minatəmizləmə sahəsindəki dəstəyi davam edəcək

Avropa İttifaqının Azərbaycana minatəmizləmə sahəsindəki dəstəyi davam edəcək

125

“Avropa İttifaqı Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərir və bu dəstək davam edəcək”.

Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin dayanıqlı olmasına yaxından dəstək verir.

Aİ nümayəndəsi onu da əlavə edib ki, Prezident İlham Əliyevlə görüşdə yeni əməkdaşlıq sahələri üzrə əlaqələri genişləndirmək istiqamətində müzakirə aparılıb.

Əvvəlki məqaləUEFA Çempionlar Liqasının yeni formatında dəyişikliklər edilə bilər
Növbəti məqalədəCeyhun Bayramov Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını Kaya Kallasın diqqətinə çatdırdı