Ev Siyasət İranın İsveçdəki səfirliyi qarşısında yanğın törədilib

İranın İsveçdəki səfirliyi qarşısında yanğın törədilib

126

İsveçin Stokholm şəhərində İran səfirliyinin binası qarşısında yanğın törədilib.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bu barədə İsveç polisinin sözçüsü Nediya Norton xəbər verib.

O, hadisənin qəsdən törədildiyini və bununla əlaqədar 55 yaşlı şübhəli şəxsin həbs edildiyini bildirib.

Hüquq-mühafizə orqanının əməkdaşı yanğının söndürüldüyünü, polisin hücumun səbəblərini araşdırdığını açıqlayıb.

Əvvəlki məqaləBaş nazir və spikerin müşavirləri ilə köməkçilərinin maaşı müəyyənləşdi
Növbəti məqalədəBelarusun Baş naziri Aleksandr Turçin Azərbaycana gəlir