Ev İqtisadiyyat Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub

Əmək müqavilələrinə qanunsuz xitam verilən onlarla şəxs işinə bərpa olunub

45

İşəgötürənlər tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Onun 88.9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Xidmət, həmçinin, 30 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Əvvəlki məqaləCeyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
Növbəti məqalədəAzərbaycanda sosial xidmətlərə yeniləri əlavə edildi