Ev İdman Mahir Emreli “Nürnberq”də sonuncu oyununa çıxacaq

Mahir Emreli “Nürnberq”də sonuncu oyununa çıxacaq

100

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, “Nürnberq”in futbolçusu zədəsini sağaldıb.

Əzələsində yaranan problemi yoluna qoyan forvard kollektivlə birlikdə məşqlərə qoşulub. Emrelinin 2-ci Bundesliqanın son turunda “Ayntraxt”la (Braunşveyq) qarşılaşmaya hazır olacağı gözlənilir. Həmin görüşün ardından həmyerlimiz komandasını tərk edəcək.

Qeyd edək ki, “Ayntraxt” – “Nürnberq” oyunu mayın 18-də keçiriləcək. “Nürnberq” 33 turdan sonra 45 xalla 10-cu pillədədir.

Əvvəlki məqaləTürkiyədə keçirilən beynəlxalq təlimdə uçuşlar icra olunub
Növbəti məqalədəPedri Messini geridə qoydu