Ev İdman “Ən-Nəsr” Kriştianu Ronaldunun ayrılıq məsələsinə reaksiya verdi

“Ən-Nəsr” Kriştianu Ronaldunun ayrılıq məsələsinə reaksiya verdi

98

Son günlərdə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun “Ən-Nəsr”dən ayrılacağı iddia edilir.

Oxu.Az xəbər verir ki, bununla bağlı klubun idman direktoru Fernando Hyerro mətbuata açıqlama verib:

“Ronaldunun müqaviləsi iyun ayının sonuna kimi davam edir. Onunla yeni sözləşmə imzalamaq istəyirik. Ümid edirəm, bununla bağlı irəliləyiş eldə edə bilərik. Onu istəyən bir çox klub var. Ronaldu futbol tarixinin ən böyük simalarından biridir. Səudiyyə Ərəbistanı çempionatının inkişaf etməsində onun böyük rolu oldu. Müqaviləsini uzatmaq üçün danışıqlar aparırıq və onun bizimlə qalmasını istəyirik”.

Əvvəlki məqaləMüdafiə Nazirliyi: “Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb”
Növbəti məqalədəMinifutbol üzrə Azərbaycan – İngiltərə matçında azarkeş rekordu qeydə alınıb