Ev İdman Azərbaycanın cüdo tarixində ilk yaşanıb

Azərbaycanın cüdo tarixində ilk yaşanıb

94

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) Mətbuat Xidməti açıqlayıb.

Bildirilib ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.

Əvvəlki məqalə“Araz-Naxçıvan” ilk transferini açıqladı
Növbəti məqalədə“Çelsi” yeni səfər formasını təqdim edib