Ev Dünya Kiyevdə Ukrayna Təklükəsizlik Xidmətinin polkovniki qətlə yetirilib

Kiyevdə Ukrayna Təklükəsizlik Xidmətinin polkovniki qətlə yetirilib

84

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə güllələnib. O, xüsusi əməliyyatlar mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat əməkdaşı vəzifəsində çalışırdı.

Oxu.Az-ın rg.ru saytına istinadla verdiyi məlumata görə, həlak olan şəxsin kimliyi keçmiş Ali Rada deputatı İqor Mosiyçuk tərəfindən açıqlanıb. Məlumatı Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinə məxsus hərbi hissənin sabiq komandir əvəzi Roman Çervinski də təsdiqləyib.

Hadisə bu gün səhər paytaxtın Qoloseyevski rayonunda baş verib. Bu barədə ilk məlumatlar yerli sosial şəbəkə səhifələrində yayılıb.

Əvvəlki məqaləSabahın hava proqnozu AÇIQLANDI 
Növbəti məqalədəPambıq istehsalçılarına qəbz elektron formada veriləcək