Ev İqtisadiyyat Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

201

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, M.Cabbarov bu barədə “X” hesabında paylaşım edib:

“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan – Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. #Azərbaycan – #Gürcüstan #iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və #enerji, nəqliyyat,… pic.twitter.com/izUd6xuqZY— Mikayil Jabbarov (@MikayilJabbarov) July 11, 2025

Əvvəlki məqalə“Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda forum keçirilib
Növbəti məqalədəİbtidai sinif və musiqi fənləri üzrə apellyasiya müraciətlərinə start verildi