Ev İdman “Neftçi” Venesuela millisinin futbolçusu üçün 175 min avro ödəyəcək

“Neftçi” Venesuela millisinin futbolçusu üçün 175 min avro ödəyəcək

284

Venesuela millisinin futbolçusu Freddi Varqasın “Neftçi”yə keçidi rəsmiləşib.

Oxu.Az xəbər verir ki, paytaxt klubu Netanya “Makkabi”sinin yarımmüdafiəçisi ilə razılıq əldə edilib.

İsrail təmsilçisi 26 yaşlı oyunçunu “Neftçi”yə bir illik icarəyə verib.

İndiyədək keçirdiyi 234 oyunda 28 qol, 22 asistlə yadda qalan venesuelalı milli komandada da üç matça çıxıb. O, “Makkabi”nin heyətində dörd qol vurub, səkkiz məhsuldar ötürmə edib.

İki klub arasındakı anlaşmada sonradan birdəfəlik transferlə bağlı razılaşma yoxdur. “Neftçi” Varqası gələn yayadək heyətində saxlayacaq və İsrail klubuna 175 min avro icarə haqqı ödəyəcək.

Əvvəlki məqalə“Real Madrid” 22 yaşlı müdafiəçini heyətinə qatdı
Növbəti məqalədəNikol Paşinyan son üç ildə altıncı dəfə Emmanuel Makronu Ermənistana dəvət edib