“Ümummilli liderin başladığı tarixi missiyanı Prezident İlham Əliyev davam etdirir”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında Heydər Əliyevin 1969-cu il, iyulun 14-də Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümü ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Azərbaycan dünyanın geniş coğrafiyasında söz sahibi olan dövlətə çevrilib.
“Prezident İlham Əliyevin siyasəti indiyə qədər olduğu kimi, qarşıdakı dövrlərdə də Azərbaycan dövlətinə və xalqına uğurlar gətirəcək”, – deyə spiker əlavə edib.










