Ev İdman Pep Qvardiola futbolla vidalaşacağı tarixi açıqladı

Pep Qvardiola futbolla vidalaşacağı tarixi açıqladı

143

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola 2027-ci ildə futbolla tamamilə vidalaşacağını açıqlayıb.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra futboldan getmək istədiyini bildirib.

“Hazırda klubla 2027-ci ilədək müqaviləm var. Daha sonra müddətsiz olaraq futbolla vidalaşacağam. Bəlkə də, bir, iki, beş, 15 illik, bəlkə də ömürlük uzaqlaşdım. Hazırda futbola sadəcə iş olaraq baxıram. Daha öncə isə vəziyyət tamamilə fərqli idi. İndi futbolun heç bir marağı qalmayıb”, – deyə P.Qvardiola bildirib

Əvvəlki məqaləQranit Caka İngiltərə klubunda
Növbəti məqalədəRusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı