Ev Siyasət Prezident Gəncə Memorial Kompleksinə 10.5 milyon manat ayırdı

Prezident Gəncə Memorial Kompleksinə 10.5 milyon manat ayırdı

212

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10.5 milyon manat vəsait ayrılıb.Sərəncam 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə imzalanıb.

Əvvəlki məqaləNövbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, açarlar təqdim olunub
Növbəti məqalədəUraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib