Ev Siyasət AKP sədrinin müavini: “Türk dövlətləri enerji diplomatiyasında yeni səhifə açırlar”

AKP sədrinin müavini: “Türk dövlətləri enerji diplomatiyasında yeni səhifə açırlar”

224

“Azərbaycan qazının Suriyaya ixracı ilə Türk dövlətləri enerji diplomatiyasında yeni səhifə açırlar”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu “X” sosial şəbəkəsində paylaşıb.”Azərbaycan qazı artıq Türkiyə vasitəsilə Hələbə çatır. BOTAŞ şirkətinin Kahramanmaraşın Türkoğlu rayonundan başlayaraq Suriyaya qədər uzanan 93 kilometrlik yeni boru kəməri tamamlanıb. Bu infrastruktur vasitəsilə Türkiyə Azərbaycan qazını Kilis vasitəsilə birbaşa Suriyaya ötürür”, – o yazıb.

Zorlu qeyd edib ki, bu layihə Suriyada həyatın normallaşmasına kömək edəcək, elektrik istehsalının bərpasını təmin edəcək, regional sabitliyi gücləndirəcək, məcburi köçkünlərin təhlükəsiz qayıdışına şərait yaradacaq.

Əvvəlki məqaləÖmər Çelik: “Azərbaycan qazı Suriyanın sosial bərpasında kritik rol oynayacaq”
Növbəti məqalədəMikayıl Cabbarov: “Suriyaya qaz tədarükü təkcə ticari deyil, həm də diplomatik məna daşıyır”