Sumqayıtda baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.Qeyd olunub ki, saat 13 radələrində 1966-cı il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.Sol baldırın və sol pəncənin I və II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.










