Ev İqtisadiyyat SOCAR-dan “Ai-95” yanacağı ilə bağlı VACİB AÇIQLAMA

SOCAR-dan “Ai-95” yanacağı ilə bağlı VACİB AÇIQLAMA

235

“SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95″ markalı yanacağın satışı dayandırılmayıb”.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:”Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95″ markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.

Əvvəlki məqaləHindistan rupisi Trampın təhdidləri fonunda tarixi minimuma endi
Növbəti məqalədəİyul ayında günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı AÇIQLANDI