Ev Dünya İki planetin “görüşü”: Yupiter Venera ilə bir araya gələcək

İki planetin “görüşü”: Yupiter Venera ilə bir araya gələcək

208

Avqustun 12-də səhər saatlarında Venera və Yupiter bir-birinə olduqca yaxınlaşacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə “LiveScience” nəşri yazır.Məlumata görə, planetlər Əkizlər bürcündə şərqdə yüksələcək və Günəş çıxmazdan əvvəl üfüqdən təxminən 20 dərəcə yuxarı qalxacaq.

Onlar üfüqdə olduqca aşağıda olduqları üçün Yerin səthindən teleskopla daha yaxşı görünəcəklər.Qeyd edək ki, Venera və Yupiter ən parlaq planetlərdir. Venera gecə səmasında Aydan sonra ikinci ən parlaq obyektdir.

Əvvəlki məqaləBu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Növbəti məqalədəKİV: Zelenski Trampla Putinin görüşündə iştirak edə bilər