Ev Siyasət Deputat: “Sülh Sazişi mətninin paraflanması mühüm hüquqi addımdır”

Deputat: “Sülh Sazişi mətninin paraflanması mühüm hüquqi addımdır”

268

“Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edildikdən sonra Azərbaycan regionda təhlükəsizlik rejiminin formalaşması üçün öz mövqeyini ortaya qoydu və qalib dövlət olmasına rəğmən, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsaslanaraq, böyük sülh sazişinin bağlanması təklifini irəli sürdü”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.O bildirib ki, Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe tutaraq, saziş layihəsinə Qarabağla əlaqədar məsələni daxil etmək istəyirdi, ancaq Azərbaycan tərəfinin qəti mövqeyi ondan ibarət idi ki, bu bizim daxili işimizdir və heç bir halda dövlətlərararası müqavilənin predmeti ola bilməz:”Yalnız 2023-cü ilin lokal anti-terror əməliyyatından sonra Ermənistan bu yanaşma ilə razılaşmalı oldu və ikitərəflı Sazişin müddəalarına dair razılıq əldə edildi”.”Tarixi əhəmiyyətli növbəti mühüm addım Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması oldu. Bəyannamənin 1-ci maddəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən ABŞ prezidentinin iştirakı ilə paraflandı və eyni zamanda, Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi, iki dövlət arasında sülhün təmin edilməsinin və gücləndirilməsinin əhəmiyyəti vurğulandı”, – deyə deputatı qeyd edib.

Əvvəlki məqaləZelenski: “Ukraynaya təhlükəsizlik təminatı NATO-nun 5-ci maddəsi kimi işləməlidir”
Növbəti məqalədə“Kəpəz” yeni transferlərini AÇIQLAYIB