Ev Dünya Zelenski ilə birlikdə ABŞ-yə Trampla görüşə yollanacaq liderlər məlum oldu

Zelenski ilə birlikdə ABŞ-yə Trampla görüşə yollanacaq liderlər məlum oldu

180

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenskinin avqustun 18-də keçiriləcək görüşündə iştirak etmək niyyətində olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.”Zelenskinin xahişi ilə mən onun bazar ertəsi ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qoşulacağam”, – deyə o vurğulayıb.

AK rəhbəri, həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam saatlarında Zelenskinin iştirakı ilə “İstəklilər koalisiyası”nın telekörpüsü keçiriləcək.Bundan başqa, Zelenski ilə birlikdə Ağ Evə Trampla görüşə yollanacaq liderlər arasında Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın Baş naziri Corciya Meloni, Böyük Britaniyanın Baş naziri Kir Starmer və NATO-nun baş katibi Mark Rütte də var.

Əvvəlki məqaləErlinq Holand Premyer Liqada Məhəmməd Salahın rekorduna yaxınlaşır
Növbəti məqalədəMessi bir qolla iki nailiyyətə birdən imza atdı